Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Moskvadan Lənkərana reyslər açılır
 
						Moskvadan Lənkərana reyslər açılır
Əlavə olunub: 04.02.2025 | 20:42 | Baxılıb: 2490
“Utair” aviaşirkəti aprelin 5-dən etibarən Moskvadan Lənkərana və əks istiqamətdə uçuşlar açacaq.

“sirin.az” xəbər verir ki, bu barədə “Utair”in rəsmi saytında məlumat verilib.

“Biz Xəzər dənizinə - Lənkərana reyslər açırıq! Aprelin 5-dən biz həftədə bir dəfə - şənbə günləri Moskvadan Lənkərana reyslər yerinə yetirməyə başlayacağıq”, - məlumatda deyilir.

Qeyd olunduğu kimi, Moskvadan uçuş saat 15:45-də, Lənkərandan isə saat 21:25-də olacaq. Səyahət vaxtı üç saat 40 dəqiqə çəkəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.