Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.24.2025 | 21:05 | Baxılıb: 5886
“Qərb ölkələri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Budapeştdə keçiriləcək görüşü ləğv etmək məqsədilə genişmiqyaslı məlumat kampaniyasına başlayıblar”.

“sirin.az” xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Gənc Diplomatların VIII Qlobal Forumunda keçirilən “Media, Yeni Media və Diplomatiya: Çağırışlar və İmkanlar” adlı sessiyada deyib.

“Biz Budapeştdə baş tutmalı olan danışıqlarla bağlı süni intellektdən tutmuş ənənəvi media və müxbirlərə qədər hər şeyi əhatə edən informasiya hücumu gördük”, - deyə Zaxarova vurğulayıb .

O həmçinin, Aİ-nin 19-cu anti-Rusiya sanksiyalar paketini qəbul etməsi ilə bağlı şərhində Moskvanın buna təsirli, sərt tədbirlərlə cavab verəcəyini qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.