Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Moskvaya gedən Vuçiçin təyyarəsi Bakıda məcburi eniş etdi - Yenilənib
 
						Moskvaya gedən Vuçiçin təyyarəsi Bakıda məcburi eniş etdi 
							 - Yenilənib
Əlavə olunub: 05.07.2025 | 16:16 | Baxılıb: 7093
Moskvaya səfərə yollanan Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya eniş etmək məcburiyyətində qalıb.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı Serbiyanın “Telegraf.rs” portalı yayıb. 

Bildirilib ki, təyyarə hazırda Rusiya səmasında hava hücumundan müdafiə sistemlərinin aktiv fəaliyyətinə və təhlükəsizliklə bağlı risklərə görə Moskvaya yollana bilməyib. 

Xatırladaq ki, Vuçiçin Rusiya Prezidenti Vladimir Putinlə görüşü və Qələbə Günü ilə bağlı paradda iştirakı gözlənilir.

Onu da qeyd edək ki, bu gün Moskvanın bir neçə hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər qoyulub. 

***

“Informer” portalının məlumatına görə, Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşüb. 

Bildirilib ki, Serbiya liderinin təyyarəsi Rusiya regionlarının Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları ilə hücuma məruz qalması səbəbindən Bakıda məcburi eniş edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.