Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.27.2025 | 10:30 | Baxılıb: 1953
Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə ərzində Moskvaya yaxınlaşan 36 pilotsuz uçuş aparatını (PUA) vurub.

“sirin.az” xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin teleqram kanalında bildirib. 

Vurulmuş dronların hissələrinin düşdüyü yerlərdə fövqəladə hallar üzrə xidmətlərin mütəxəssisləri çalışır. 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə gecə ərzində Ukraynaya məxsus 193 dron zərərsizləşdirilib. 

Moskvadan əlavə ən çox dronun Bryansk, Kaluqa və Tula vilayətləri üzərində vurulduğu da qeyd olunub. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.