“sirin.az” xəbər verir ki, bu barədə Ayaz İkramoğlu adlı şəxs sosial şəbəkədə paylaşım edib.
Şəxsin sözlərinə görə, sözügedən mərc şirkəti onun 156 461 manatlıq uduşunu ödəmir, üstəlik hesabı bloklanıb:
“Azərbaycanın tanınmış idmançılarından biri olan Nəriman Abbasovun rəsmi olaraq əməkdaşlıq etdiyi “Mostbet” mərc şirkəti 156.461 AZN uduşumuzu ödəməkdən boyun qaçırır” - paylaşımda bildirilir.
Qeyd edək ki, Azərbaycanda fəaliyyəti qadağan olunan mərc şirkətləri ilə bağlı sosial şəbəkələrdə tez-tez bu tip paylaşımlara rast gəlinir.
Onu da əlavə edək ki, fəaliyyəti qadağan olunan mərc saytlarından istifadənin özü də qanun pozuntusu hesab olunsa da, bir sıra tanınmış şəxslər, o cümlədən influnserlər də onları açıq şəkildə reklam etməkdən çəkinmirlər.