Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.24.2025 | 21:46 | Baxılıb: 3487
2025/26 mövsümündə “Real” (Madrid) və “Barselona” arasındakı ilk “El-Klasiko"in vaxtı məlum olub.

“sirin.az” xəbər verir ki, məlumatı La Liqanın mətbuat xidməti yayıb.

Bütün dünyada maraqla gözlənilən qarşılaşma oktyabrın 26-da keçiriləcək.

“Santyaqo Bernabeu” stadionunda baş tutacaq görüşə Bakı vaxtı ilə saat 19:15-də start veriləcək.

Hazırda “Real” 6 oyundan topladığı 18 xalla turnir cədvəlinə liderlik edir. “Barselona” isə 13 xalla ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, İspaniyanın son çempionu “Barselona” olub, “Real” isə ötən mövsümü ikinci pillədə başa vurub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.