Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.20.2025 | 01:58 | Baxılıb: 1245
İranla İsrailin davam edən münaqişəsi fonunda Səudiyyə Ərəbistanının Mədinə şəhərinə ziyarətə gedən 12500 iranlı zəvvar orada qalıb.

“sirin.az” IRNA-ya istinadən xəbər verir ki, iranlı zəvvarlar iyunun əvvəlində müsəlmanların illik Həcc ziyarəti və iyunun 6-da Qurban Bayramını qeyd etmək üçün Səudiyyə Ərəbistanının Məkkə şəhərində olublar.

Onların bəziləri həcc ziyarəti zamanı Mədinəyə də səfər ediblər:

“Şərq əyalətlərindən gələn zəvvarlar üçün qonşu ölkələrin hava limanlarından istifadə edilməsinə dair danışıqlar olub, lakin bu, həyata keçirilməyib”.

İran bildirir ki, zəvvarların quru sərhəd keçidləri vasitəsilə geri qayıtmasını təmin etmək üçün Səudiyyə Ərəbistanı və İraqla danışıqlar aparır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.