“sirin.az” xəbər verir ki, bu barədə məlumatı mərkəz öz feysbuk hesabında paylaşıb.
Bildirilib ki, M.Muradov İrəvanda NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarında iştirak edir.
Onun tədbir çərçivəsində müzakirə panellərinin birində Azərbaycan-Ermənistan sülh prosesi və regional dinamika haqqında çıxış etməsi gözlənilir.
Qeyd edək ki, Topçubaşov Mərkəzi Azərbaycanda beynəlxalq əlaqələr və təhlükəsizlik sahələrində fəaliyyət göstərən araşdırma mərkəzidir.