Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Müsəlmanlara qarşı insidentlərin 17%-də şiddət müşahidə olunur”
 
						“Müsəlmanlara qarşı insidentlərin 17%-də şiddət müşahidə olunur”
Əlavə olunub: 05.26.2025 | 15:41 | Baxılıb: 619
“Hazırda dünyada müsəlmanlara qarşı baş verən insidentlərin 17 faizində şiddət müşahidə olunur. Onlar təhsil və səhiyyə sahəsində ciddi diskriminasiyalarla üz-üzə qalıb”.

“sirin.az” APA-ya istinadən xəbər verir ki, bunu Bakıda təşkil olunan “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq tədbirdə İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzinin rəhbəri Mahmut Erol Kılıç deyib.

“Müsəlman qrupları da dünyada müsəlman mədəniyyəti və tarixinə qarşı qərəzli yanaşma ilə üz-üzə qalıb. Bu hallar BMT Baş Assambleyasının, eləcə də İslam Konfransı Təşkilatının sənədlərində də dəfələrlə vurğulanıb. BMT baş katibinin yeni nümayəndəsinin başlıca vəzifəsi islamofobiya meyllərinə qarşı mübarizə olacaq. Bu amilin İslam Konfransı Təşkilatına üzv dövlətlərdə daha da gücləndirilməsi başlıca vəzifədir.

Bir faktı da diqqətə çatdırım ki, bəzi ölkələrin dövlət orqanlarında islam atributlarından istifadə qadağan edilib. Bunun da əsas təzahürü ayrıseçkilik və qeyri-tolerant yanaşmadır. Bu əsnada proaktiv komponentlərdən biri İslam dini və mədəniyyətinin daha fərqli, eləcə də obyektiv təqdim olunmasıdır. Belə hesab edirəm ki, biz ksenofobiya və islamofobiya ilə mübarizə meyllərini yox edə bilərik. Öz növbəmizdə bu işə töhfə verməyə hazırıq”, - o əlavə edib.

“Bir sıra dövlətlər Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını görməzdən gəlir. Çünki bu qərarlar müsəlmanların müqəddəs kitabının yandırılmasına qarşı çıxarılıb”.

Bunu beynəlxalq konfransın “Antimüsəlman nifrət siyasəti: Hüquqi Çərçivələr və Təbliğar Strategiyaları” panelində ISESCO-nun Hüquqi İşlər və Beynəlxalq Standartlar Departamentinin direktoru Mohamed Hedi deyib.

M. Hedi 44 dövlətin dünyada dini etiqad azadlığı ilə bağlı qərarların qəbulunda iştirakdan imtina etdiyini təəssüflə vurğulayıb: “BMT-nin Baş Assambleyasının qəbul etdiyi silsilə qərarların əsas məqsədi dini etiqad azadlığına ehtiram göstərmək məqsədi daşıyır. 44 dövlət dünyada dini etiqad azadlığı ilə bağlı qərarların qəbulunda iştirakdan imtina edib. Qəbul edilən bütün qərarlar müəyyən təşəbbüslərə əsaslanır.

Beynəlxalq Ədalət Məhkəməsinə gəldikdə isə onun missiyası kütləvi qırğınla əlaqəli məsələlərlə bağlıdır. Bunun ən bariz təzahürü uzun illər əvvəl Myanmadakı qırğınlarla bağlı qaldırılan məhkəmə iddiasıdır. 2020-ci ildə bu məhkəmə Myanma əhalisinin ilkin etirazlarını rədd edərək, onun baxışını davam etdirib. Söhbət xüsusilə Rohingiya müsəlmanlarından gedir. Dini nifrəti dövlətin siyasətinə çevirmək ənənə halını alıb. Çünki bir sıra dövlətlər Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını görməzdən gəlir. Çünki bu qərarlar müsəlmanların müqəddəs kitabının yandırılmasına qarşı çıxarılıb. Avropada bu qərarların tətbiqi mexanizmi böyük çağırışlarla üzləşib. Onların icrası məsələləsi əksər ölkələrdə maneələrlə üzləşir. İslamofobiya ilə mübarizə sahəsində qəbul edilən 1743 nömrəli qərar islamdan qorxuya qarşı cavab vermək zərurəti öz əksini tapıb. Bu, çox önəmli məsələdir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.