Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Muxtar Babayevin vəzifəsi ilə bağlı hüquqi status müəyyənləşib
 
						Muxtar Babayevin vəzifəsi ilə bağlı hüquqi status müəyyənləşib
Əlavə olunub: 05.23.2025 | 12:27 | Baxılıb: 2955
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilir.

“sirin.az” xəbər verir ki, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət Qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, inzibati və yardımçı vəzifələrin birinci təsnifatının əhatə dairəsi genişlənir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.