Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Myanmadakı zəlzələdə ölənlərin sayı 3 minə çatır
 
						Myanmadakı zəlzələdə ölənlərin sayı 3 minə çatır
Əlavə olunub: 04.01.2025 | 11:42 | Baxılıb: 1042
Myanmada bir neçə gün əvvəl baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 2719 nəfərə çatıb.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyasına açıqlamasında Myanmanın Baş naziri Min Aung Hlaing bildirib. 

Onun sözlərinə görə, təbii fəlakət zamanı daha 4521 nəfər xəsarət alıb, 441 nəfər isə itkin düşüb.

Bununla yanaşı, qeyd olunub ki, ölənlərin sayının üç mini keçəcəyi gözlənilir. 

Xatırladaq ki, martın 28-də Myanmada 7,7 maqnitudalı zəlzələ baş verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.