“sirin.az” xəbər verir ki, görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini, şəhər Polis şöbəsinin rəisi Zaur Bədəlov, Şəhid və qazi övladları iştirak ediblər.
Uşaqları bayram münasibətilə təbrik edən natiqlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və bu gün Prezident İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən dövlət siyasəti uşaqların hüquqlarını yüksək səviyyədə qoruyur.
Uşaqlara uğurlar arzulayaraq qeyd ediblər ki, onların savadlı və vətənpərvər vətəndaşlar kimi formalaşması, hərtərəfli inkişafı dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Avropa Azərbaycan Məktəbi və ŞİH tərəfindən uşaqlara hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.