Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
NATO-nun Mobil Təlim Qrupu ilə treyninq keçirilir - Fotolar
 
						NATO-nun Mobil Təlim Qrupu ilə treyninq keçirilir 
							 - Fotolar
Əlavə olunub: 06.04.2025 | 09:54 | Baxılıb: 498
Azərbaycan Müdafiə Nazirliyi (MN) və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu ilə “Əməliyyatların planlama prosesi” mövzusunda treyninq keçirilir.

“sirin.az” xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən treyninqdə NATO-da əməliyyat planlama və idarəetmə, eləcə də digər mövzularda nəzəri və praktiki məşğələlər təşkil olunur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.