Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Naxçıvanda Ermənistanla sərhəddə yanğın olub - Video
 
						Naxçıvanda Ermənistanla sərhəddə yanğın olub 
							 - Video
Əlavə olunub: 03.06.2025 | 13:07 | Baxılıb: 1788
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Heydərabad qəsəbəsində Ermənistanla sərhəddə açıq ərazidə Ermənistan tərəfindən yanğın törədilib. 

“sirin.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 7 hektar sahədə quru ot və qamışlıq ərazi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.