Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Nazir idarə rəisini işdən çıxardı - Yeni təyinat
 
						Nazir idarə rəisini işdən çıxardı 
							 - Yeni təyinat
Əlavə olunub: 03.19.2025 | 14:10 | Baxılıb: 8528
Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi Bəxtiyar Kamil oğlu Qurbanov vəzifəsindən azad edilib.

“sirin.az” “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.

Nazirin digər Əmri ilə həmin vəzifəyə Xəqani Həmzə oğlu Əzizov təyin edilib.

Qeyd edək ki, Bəxtiyar Qurbanov 2019-cu ildən sözügedən idarənin rəisi idi.

Xatırladaq ki, son iki ayda Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov və Xidmət rəisinin birinci müavini - Qərargah rəisi general-mayor Raul Zeynalov vəzifələrindən azad edilib. Hər iki generalın vəzifəsinin icrası polkovnik Xaliq Hüseynova tapşırılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.