Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.27.2025 | 14:52 | Baxılıb: 2383
“Dünyanın ilk rəqəmsal naziri hamilədir”.

“sirin.az” xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama ilə Albaniyanın Baş naziri Edi Rama çıxış edib.

“Mən ilk dəfə olaraq sizinlə bir xəbəri bölüşməliyəm: Diella hamilədir. O, 83 uşaq - parlamentimizin hər bir üzvü üçün bir uşaq gözləyir. Bu uşaqlar deputatlara köməkçi kimi xidmət edəcəklər: onlar analarının bütün biliklərinə - Avropa İttifaqı, Avropa qanunvericiliyi və digər hər şey haqqında məlumatlara sahib olacaqlar”, - o bildirib.

Baş nazirin bu açıqlaması geniş müzakirələrə səbəb olub. Ramanın bununla Nazirlər Kabinetinin bütün üzvləri üçün rəqəmsal avatarların yaradılmasına eyham vurduğu güman edilir.

Xatırladaq ki, Albaniya dünyada süni intellekti dövlət naziri “vəzifə”sinə təyin edən ilk ölkədir. Diella adlı “nazir” dövlət satınalmaları ilə məşğul olur, xüsusi bölmə isə “nazir”ə dəstək göstərir və bütün hökumətdə süni intellekti tətbiq edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.