Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Nazirlər Kabinetinin parlamentdə hesabat vermə tarixi dəyişir
 
						Nazirlər Kabinetinin parlamentdə hesabat vermə tarixi dəyişir
Əlavə olunub: 05.30.2025 | 12:58 | Baxılıb: 792
Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir.

“sirin.az” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Milli Məclisin Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.

Qeyd edək ki, qüvvədə olan qanuna görə, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verirdi.

Məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.