Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.25.2025 | 12:41 | Baxılıb: 1916
“Neftçi”nin “Beşiktaş”ın sabiq futbolçusu, Kamerun millisinin üzvü Vensan Abubakarı heyətinə qatmaq istədiyi barədə xəbər vermişdik.

“sirin.az” nun əldə etdiyi məlumata görə, Bakı klubu həqiqətən onu heyətinə qatmaq istəyir. 

Futbolçu ilə uzun sürən danışıqlar da aparılıb. Hazırda tərəflər sadəcə maliyyə məsələsində razılığa gələ bilmir. V.Abubakarın maaş tələbi “Neftçi”nin büdcəsinə uyğun deyil. 

Lakin paytaxt təmsilçisi ondan imtina etmək niyyətində deyil. Hələ də tərəflər arasındakı danışıqlar davam edir. 

Maliyyə məsələsində razılıq olacağı halda kamerunlu forvard Azərbaycana gələcək. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.