Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.21.2025 | 17:59 | Baxılıb: 2196
“Neftçi” Kamerun millisinin forvardı, məşhur futbolçu Vensan Abubakarla müqavilənin detallarını açıqlayıb.

“sirin.az” xəbər verir ki, onunla 1+1 illik sözləşmə imzalanıb. 

V.Abubakar “Neftçi”də 45 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, Sonuncu klubu “Hatayspor” olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.

Kamerun milli komandasının kapitanı olan hücumçu yığmanın heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.