
“sirin.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
E.İbrahimov bundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olub.
Qeyd edək ki, Asif Əsgərov 2024-cü ilin sentyabrında Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi. O, hazırda Milli Məclisin deputatıdır.