Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Netanyahu Azərbaycan səfərini təxirə saldı
 
						Netanyahu Azərbaycan səfərini təxirə saldı
Əlavə olunub: 05.03.2025 | 21:41 | Baxılıb: 9023
İsrailin Baş naziri Binyamin Netanyahu 7-11 may tarixlərində planlaşdırılan Azərbaycan səfərini bölgədə baş verən hadisələrlə əlaqədar olaraq təxirə salıb.

“sirin.az” xəbər verir ki, bu barədə “The Times of Israel” hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 “Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi nəzərə alınaraq, Baş nazir Netanyahu Azərbaycana nəzərdə tutulan səfərini daha sonrakı tarixə keçirmək qərarına gəlib,” – deyə, açıqlamada bildirilir.

O, Prezident İlham Əliyevə dəvətinə görə təşəkkür edib və iki ölkə arasında mövcud olan səmimi münasibətləri yüksək qiymətləndirdiyini əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.