Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Netanyahu Qəzzanın şimalına səfər etdi
 
						Netanyahu Qəzzanın şimalına səfər etdi
Əlavə olunub: 04.16.2025 | 00:02 | Baxılıb: 1499
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfər edib.

“sirin.az” xəbər verir ki, bu barədə onun ofisi məlumat yayıb.

Bildirilib ki, Netanyahu anklavın şimal hissəsinə baş çəkib.

Baş naziri Qəzzada İsrailin müdafiə naziri İsrael Katz, ordunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir, Cənub Hərbi Dairəsinin komandanı general-mayor Yaniv Asor, diviziya və briqada komandirləri müşayiət edib.

Həmçinin Netanyahu müdafiə naziri və ordu komandanlığı ilə birlikdə Qəzzada yerləşən ehtiyatda olan və nizami ordunun döyüşçüləri ilə söhbət edib.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.