Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Nihal Candan vəfat etdi - Fotolar
 
						Nihal Candan vəfat etdi 
							 - Fotolar
Əlavə olunub: 06.21.2025 | 01:29 | Baxılıb: 11577
Türkiyəli fenomen Nihal Candan vəfat edib.

“sirin.az” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd edilib ki, o, müalicə aldığı xəstəxananın reanimasiya şöbəsində ürək tutması keçirib.

Xatırladaq ki, Nihal Candan “İşte benim stilim” proqramı ilə məşhurlaşan Bahar Candanın bacısı idi. Onlar Türkiyədə “çirkli pulların yuyulması” ilə bağlı araşdırmalarda bir müddət sonra həbs olunmuşdular.

Daha əvvəl anoreksiyadan əziyyət çəkən və müalicə alan Candan həbsinə etiraz olaraq yemək yeməyib və nəticədə də sürətlə çəki itirib. Bununla da o, psixoloji problemlər yaşamağa başlayıb.

Arıqlayaraq 37 kiloqrama düşən fenomenin həbsxanada müalicəsinin davam etdirilə bilməyəcəyi ilə bağlı rəy verildikdən sonra azadlığa buraxılıb.

Son məlumata görə, Nihal ölümündən öncə 23 kq çəkiyə düşüb.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.