Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
NK artıq bu tarixdə hesabat verəcək
 
						NK artıq bu tarixdə hesabat verəcək
Əlavə olunub: 05.16.2025 | 12:26 | Baxılıb: 1400
Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir.

“sirin.az” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.

Qüvvədə olan qanuna görə, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.

Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.

Məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.