Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Növbəti seriyalar bu tarixdə yayımlanacaq
 
						Növbəti seriyalar bu tarixdə yayımlanacaq
Əlavə olunub: 08.18.2025 | 14:20 | Baxılıb: 6031
Türkiyənin “Kanal D” telekanalında yayımlanan və böyük maraqla izlənilən “Uzak Şehir” serialının yeni mövsüm çəkilişlərinin başlanacağı tarix açıqlanıb. 

“sirin.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, çəkilişlərin ilk olaraq avqustun 24-də İstanbulda, daha sonra isə Mardində davam edəcəyi gözlənilir.

Əgər çəkilişlər elan edildiyi vaxtda icra edilərsə, növbəti seriyalar 8 sentyabr və ya 15 sentyabrda ekranlarda yayımlanacaq.

Qeyd edək ki, “Kanal D”nin rekord qıran serialı 28-ci bölümü ilə iyunun 2-də mövsüm finalına çıxıb. Layihədə Sinem Ünsal, Ozan Akbaba, Qonca Cilasun, Müfit Kayacan kimi məşhur aktyorlar rol alır.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.