Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Novruz bayramı Nərimanovda da qeyd olundu - Video - Fotolar
 
						Novruz bayramı Nərimanovda da qeyd olundu 
							 - Video - Fotolar
Əlavə olunub: 03.19.2025 | 16:54 | Baxılıb: 1371
Xalqımızın milli bayramı Novruz Nərimanov rayonunda böyük coşqu ilə qeyd edilib.

“sirin.az” xəbər verir ki, rayon ərazisində yerləşən Nərimanov parkında möhtəşəm sərgi və bayram konserti keçirilib.

Sərgidə rayon ərazisində yerləşən məktəblər milli adət-ənələrimizə uyğun stendlərlə çıxış ediblər. Konsert proqramı çərçivəsində müxtəlif tamaşalar və oyunlar təşkil olunub.

Novruzun simvolu olan Bahar qızı, Kosa, Keçəl, el ağsaqqalı Dədə Qorqud parka gələrək şənliyə rəng qatıblar.

Konsert proqramı bayram tonqalı, gənclərin rəqsləri ilə davam edib.







Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.