Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Nyu-Yorkda bir həftədə ikinci təyyarə qəzası
 
						Nyu-Yorkda bir həftədə ikinci təyyarə qəzası
Əlavə olunub: 04.13.2025 | 10:53 | Baxılıb: 1364
Nyu-York ştatında göyərtəsində 6 nəfərin olduğu kiçik təyyarə qəzaya uğrayıb, ən azı bir nəfər ölüb.

“sirin.az” xarici KİV-ə istinadən xəbər verir ki, “Mitsubishi MU-2B” təyyarə Kopake şəhəri yaxınlığındakı qəzaya uğrayıb.

Hadisənin səbəbi və təyyarədə olan digər şəxslərin sağlamlıq durumu barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bu, həftə ərzində Nyu-Yorkda baş verən ikinci aviasiya qəzasıdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.