“sirin.az” xəbər verir ki, bu haqda “ABC News” məlumat yayıb.
Məlumata görə, helikopter havaya qalxdıqdan 15 dəqiqə sonra qəzaya uğrayıb. Belə ki, ailə İspaniyadan Nyu-Yorka gəlib və məşhur turist marşrutu üzrə helikopterlə şəhər üzərində gəzintiyə çıxıb. Qəzanın altıncı qurbanı 36 yaşlı pilot olub.
Xatırladaq ki, aprelin 10-da yerli vaxtla saat 15:17-də helikopter idarəetməni itirərək Hudson çayına düşüb. Polis 4 nəfərin cəsədini sudan çıxarıb. Hadisənin səbəbi araşdırılır.