Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.25.2025 | 06:13 | Baxılıb: 3414
Türkiyəli məşhur komediya ustası Şahan Gökbakar uşaqlarının təhsili üçün Türkiyədən köçüb.

“sirin.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, həyat yoldaşı Selin Gökbakar və övladları Dəniz Efe ilə Ela ilə birlikdə Böyük Britaniyanın paytaxtı Londonda məskunlaşıb.

45 yaşlı aktyor uşaqlarının daha keyfiyyətli təhsil alması üçün radikal qərar verərək ailəsi ilə birlikdə İngiltərəyə köçməyə qərar verib. Onlar artıq övladlarını Londondakı məktəblərdən birinə yazdırıblar.

Gökbakar ailəsi tamamilə İngiltərəyə yerləşib və komediyaçı yalnız yeni layihələrini davam etdirmək məqsədilə müəyyən dövrlərdə Türkiyəyə səfər edəcək.

“Recep İvedik” seriyası başda olmaqla, bir çox fenomen layihəyə imza atan Şahan Gökbakar hazırda yeni ssenari üzərində də işləyir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.