Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“O, əsl axmaqdır” - Mask
 
						“O, əsl axmaqdır” 
							 - Mask
Əlavə olunub: 04.08.2025 | 19:41 | Baxılıb: 4138
ABŞ-li milyarder, Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ prezidentinin ticarət və istehsalat üzrə müşaviri Piter Navarronu axmaq adlandırıb.

“sirin.az” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

“Navarro əsl axmaqdır. Onun dedikləri açıq-aydın yalandır. “Tesla” avtomobillərindəki Amerika komponentlərinin payı bazarda ən böyükdür. Navarro bir kisə kərpicdən daha axmaqdır”, - Mask bildirib.

Milyarder Navarronun “Tesla” şirkətinin elektrik avtomobilləri üçün komponentlərin əhəmiyyətli hissəsini xarici təchizatçılardan alması ilə bağlı açıqlamasını belə şərh edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.