Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
O zirehli texnikaya Hökümənin adı verildi - Video
 
						O zirehli texnikaya Hökümənin adı verildi 
							 - Video
Əlavə olunub: 02.28.2025 | 20:12 | Baxılıb: 9875
Qazaxıstanda istehsal olunan hərbi xarakterli zirehli ambulans maşınına Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın adı verilib.

“sirin.az” xəbər verir ki, bu barədə Qazaxıstan “Paramount Engineering and Weapon Systems Engineering”in təsisçisi, ölkənin İqtisadi Müstəqillik Hərəkatının Lideri Aybek Barış sosial media hesabında məlumat verib.

“Baxın bu ambulansın adı Hökümə Əliyevadır. O, Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin ekipaj üzvü idi.

Öz həyatının sonlanacağını bildiyi halda həyəcan keçirmədən, son ana kimi insanların həyatını xilas etmək üçün mübarizə aparan qəhrəman...

Buna görə, o, təkcə Azərbaycanın yox, bütün türk dünyasının qəhrəmanıdır. Bu ambulansın da məqsədi insanların həyatını xilas etməkdir. Hökümənin ruhu şad olsun! Hamımız sağlam və güvəndə olaq” , - sözlərini  deyib.

Milli Qəhrəmanın adı verilən həmin texnikanın görüntülərini təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.