Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Onlar da Papanın dəfnində iştirak edəcək
 
						Onlar da Papanın dəfnində iştirak edəcək
Əlavə olunub: 04.23.2025 | 03:19 | Baxılıb: 2532
Ukrayna Prezidenti Volodimir Zelenski Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün Roma və Vatikana səfər edəcək.

“sirin.az” xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Bildirilib ki, Zelenskinin ofisi Ukrayna liderinin Romaya səfərinə hazırlaşır .

Məlumata görə, dövlət başçısı mərasimə xanımı Yelena Zelenskaya ilə qatılacaq.

Qeyd edək ki, Papanın dəfn mərasimində İtaliyanın Baş naziri Ciorcia Meloni, Braziliya Prezidenti Lula da Silva, Fransa Prezidenti Emmanuel Makron, Argentina Prezidenti Xavyer Miley və ABŞ Prezidenti Donald Trampla həyat yoldaşı Melaniya da iştirak edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.