Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Onlar şeytandır” - Zelenski
 
						“Onlar şeytandır” 
							 - Zelenski
Əlavə olunub: 04.05.2025 | 02:36 | Baxılıb: 2615
“Bizdə məlumat var ki, Amerika atəşkəs tədbirlərinə yaxındır”.

“sirin.az” xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Düşünürəm ki, ABŞ yaxın gələcəkdə ruslara qarşı sanksiyalar təzyiqini artıracaq, çünki onlar müharibəni bitirmək istəmirlər. İndi onlar sadəcə şeytandırlar”, - deyə Zelenski əlavə edib.

Eyni zamanda o, atəşkəsin qeyd-şərtsiz olmasının vacibliyini vurğulayıb.

Prezident həmçinin bildirib ki, Kiyevdə Fransa, Böyük Britaniya və Ukrayna nümayəndələri arasında hərbi kontingentin yerləşdirilməsi ilə bağlı görüşlər keçirilib.

“Ukraynaya öz kontingentini göndərməyə hazır olan ölkələr arasında təkcə Fransa və Böyük Britaniya deyil. Bu, koalisiya olacaq”, - Zelenski qeyd edib.

Ölkə başçısı əlavə edib ki, Ukrayna ilə ABŞ arasında yeraltı minerallarla bağlı yeni razılaşma layihəsi son mərhələdədir və təkliflər növbəti həftə təqdim olunacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.