Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Onlar Trampı məyus etdilər
 
						Onlar Trampı məyus etdilər
Əlavə olunub: 04.02.2025 | 06:38 | Baxılıb: 3235
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskidən məyus olub.

“sirin.az” “Sky News”a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt keçirilmiş brifinqdə bildirib.

“Prezident Tramp bu münaqişənin hər iki liderindən məyusdur. O istəyir ki, bu müharibə bitsin. Hər iki tərəfdən insanlar ölür və bu çox uzun müddətdir davam edir. Komandamız həm Rusiya, həm də Ukrayna ilə qarşılıqlı əlaqələri davam etdirir. Tramp münaqişənin başa çatmasını istəyir. Prezident hər gün əvvəlki kimi bu məsələdə çox fəaldır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.