Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Onlara Mülki Aviasiya Muzeyində şəxsi fond yaradıldı - Fotolar
 
						Onlara Mülki Aviasiya Muzeyində şəxsi fond yaradıldı 
							 - Fotolar
Əlavə olunub: 03.05.2025 | 13:14 | Baxılıb: 2021
Bakı-Qroznı reysinin həlak olmuş ekipaj heyətinə Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyində şəxsi fond yaradılıb.

“sirin.az” xəbər verir ki, Muzeydə ekipaj heyətinin hər birinin şəxsi fondunun yaradılması və bu materialların daimi ekspozisiyada nümayişi ilə bağlı toplama işi həyata keçirilib.

Ekipaj heyətinin ailə üzvləri tərəfindən muzeyə verilən həmin materiallar arasında onların əmək fəaliyyəti ilə bağlı geyimlər, sənədlər, şəxsi əşyalar, fotoşəkillər və s. yer alır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.