Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.17.2025 | 22:23 | Baxılıb: 2097
“Gürcüstan polisi Prezident administrasiyasının binasına hücumla əlaqədar daha 16 nəfəri saxlayıb. Bununla da sözügedən iş üzrə təqsirləndirilənlərin sayı 62-yə yüksəlib”.

“sirin.az” xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər naziri Gela Geladze yerli mediaya açıqlamasında qeyd edib.

Nazirin sözlərinə görə, saxlanılan şəxslər “polisə hücum”, “əmlakı zədələmək və ya məhv etmək”, “strateji obyektləri ələ keçirmək və ya bloklamaq”, “qrup halında zorakılıq təşkil etmək və ya ona rəhbərlik etmək”, eləcə də “konstitusiya quruluşunu zorla dəyişməyə və ya hakimiyyəti devirməyə çağırışlar etmək” ittihamı ilə məsuliyyətə cəlb olunublar.

Gela Geladze söyləyib ki, polis hadisə ilə bağlı qanun çərçivəsində tədbirlər görür:

“Onları gül-çiçəklə qarşılayası deyildik, əksinə, etirazçıları qanunla saxlamışıq. Əgər cinayət varsa, təbii ki, saxlanma da buna uyğun olur”.

Nazir hücumda iştirak edən digər şəxslərin kimliyini müəyyənləşdirmək istiqamətində işi davam etdirir.

Xatırladaq ki, oktyabrın 4-də yerli seçkilər zamanı etirazçılar Prezident administrasiyasının binasına daxil olmağa cəhd göstərmiş, hasarı zədələmiş və binaya girməyə çalışmışdılar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.