Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.01.2025 | 16:15 | Baxılıb: 1591
Türkiyə Xarici İşlər naziri Hakan Fidan bildirib ki, Ankara Rusiya və Ukrayna liderlərini İstanbulda qəbul etməyə hazırdır.

“sirin.az” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Nazirin sözlərinə görə, Rusiya və Ukrayna arasında sabit atəşkəsin əsasının qoyulduğu ilk yer məhz İstanbul danışıqları olub.

“Həmin görüşlərdə bir çox mühüm məsələlərin həllinə nail olundu. Türkiyə bu dialoqu davam etdirməkdə qərarlıdır və hər iki ölkənin liderlərini İstanbulda qəbul etməyə hazırdır”, – deyə Fidan vurğulayıb.

Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndələri 2022-ci ildən bəri Türkiyədə 5 dəfə görüşüblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.