
“sirin.az” xəbər verir ki, nəticədə komandaların əsas mərhələdəki rəqibləri müəyyənləşib.
Konfrans Liqasında Çempionlar Liqası və Avropa Liqasından fərqli olaraq komandalar əsas mərhələdə 8 yox, 6 oyun keçirəcəklər.
36 iştirakçının hamısı vahid sıralamada yer alacaq. Xalı ən çox olan 8 komanda 1/8 finala yüksələcək. 9-24-cü yerləri tutan klublar pley-off oynayacaqlar. 25-36-cı yerləri tutan komandalar avrokubok mövsümünü başa vuracaqlar.
1-ci səbət

2-ci səbət

3-cü səbət

4-cü səbət

5-ci səbət

6-cı səbət

Qeyd edək ki, UEFA Konfrans Liqasının Liqa mərhələsinin ilk turunun oyunları oktyabrın 2-də start götürəcək. Sonuncu - 6-cı turun görüşləri isə dekabrın 18-də keçiriləcək.
Pley-off mərhələsi isə 2026-cı il fevralın 19-dabaşlayacaq. UEFA Konfrans Liqasında 2025/2026 mövsümünün qalibi mayın 27-də Almaniyanın Leyptsiq şəhərində keçiriləcək final matçından sonra müəyyənləşəcək.