Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Onların mülki odlu silah əldə etmək hüququ - Təsdiqləndi
 
						Onların mülki odlu silah əldə etmək hüququ 
							 - Təsdiqləndi
Əlavə olunub: 03.19.2025 | 17:31 | Baxılıb: 3981
Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq.

“sirin.az"in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Xidməti və mülki silah haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının (mülki silah əldə etmək hüququ var.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının odlu silah istisna olmaqla, mülki silah əldə etmək hüququ olacaq. Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşlara isə mülki odlu silah əldə etmək hüququ verilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.