Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Onunla görüşməyi özümə yaraşdırmıram” - Şeyx
 
						“Onunla görüşməyi özümə yaraşdırmıram” 
							 - Şeyx
Əlavə olunub: 06.06.2025 | 10:10 | Baxılıb: 12111
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin katolikosu II Qareginlə hələlik görüşmək istəmədiyini bəyan edib.

“sirin.az” “Report”a istinadən xəbər verir ki, A.Paşazadə jurnalistlərə açıqlamasında onunla görüşməyi özünə yaraşdırmadığını deyib.

“II Qareginlə hələlik görüşmək istəmirəm. Onunla görüşməyi özümə yaraşdırmıram. Qaregin dini sifətindən başqa siyasi sifətə bürünüb. Din adamının bu qədər siyasətə qoşulması düzgün deyil. Ona görə də onunla bağlı görüşmək fikrim yoxdur”, - deyə Şeyx əlavə edib.

QMİ sədri, həmçinin yeni Roma Papası ilə görüşəcəyini açıqlayıb. O bildirib ki, yaxın vaxtlarda Müsəlman Ağsaqqal Şurasının Vatikanda görüşü planlaşdırılır: “Vatikanda Roma Papası Robert Frensis Prevostlə də görüşümüz nəzərdə tutulub. Ümidvaram ki, digər Roma papaları kimi o da yaxın zamanlarda Azərbaycana səfər edəcək”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.