
“sirin.az” xəbər verir ki, “Marca” nəşrinin oyun sonrası qiymətləndirməsinə əsasən, kataloniyalıların 18 yaşlı hücumçusu Lamin Yamal görüşün ən zəif oyunçusu seçilərək 4 xal alıb.
İngiltərəli ulduz Cud Bellinqem isə 9 xalla oyunun ən yaxşı futbolçusu adını qazanıb.
Qeyd edək ki, 10 turdan sonra turnir cədvəlinə 27 xalla “Real Madrid” başçılıq edir, 22 xalı olan “Barselona” isə ikinci pillədə qərarlaşıb.