Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.07.2025 | 11:12 | Baxılıb: 1624
“ABŞ və Özbəkistan arasında ticarət sazişi imzalanıb”. 

“sirin.az” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb.

“ABŞ və Özbəkistan arasında inanılmaz iqtisadi-ticarət sazişinin imzalanmasını elan etməkdən məmnunluq duyuram”, - Tramp bildirib.

Sazişə görə, Özbəkistan qarşıdakı 3 il ərzində ABŞ-dən 35 milyard dollar həcmində alışlar edəcək və investisiya qoyacaq, növbəti 10 il ərzində isə bu məbləğ 100 milyard dollardan çox olacaq.

“Vəsaitlər ABŞ üçün kritik əhəmiyyət kəsb edən sektorlara, o cümlədən faydalı qazıntıların hasilatı, aviasiya, avtomobil hissələrinin istehsalı, infrastruktur, kənd təsərrüfatı, energetika və kimya sənayesi, informasiya texnologiyaları və digər sahələrə yönəldiləcək”, - paylaşımda deyilir.

Tramp bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkür edib. O, ölkələr arasında uzunmüddətli və səmərəli münasibətlərə ümid bəslədiyini diqqətə çatdırıb. 

Xatırladaq ki, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri ilə “C5+1” formatında görüşü keçirilib. Sammitdə bu danışıqlar formatının 10 illiyi qeyd olunub. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.