
“sirin.az” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
“Pakistan və Əfqanıstan cümə günü Dohada planlaşdırılan görüşlər başa çatana qədər 48 saatlıq atəşkəsin uzadılması barədə razılığa gəliblər”, - məlumatda deyilir.
Bildirilir ki, Pakistan nümayəndə heyəti artıq Dohadadır, Əfqanıstan nümayəndələrinin isə şənbə günü, oktyabrın 18-də Qətərin paytaxtına gedəcəyi gözlənilir.
Qeyd edək ki, iki qonşu ölkə arasında münasibətlər zaman-zaman gərginləşir və sərhəd bölgəsində silahlı toqquşmalar baş verir.