Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Papa Fransiskin adı metro stansiyasına veriləcək
 
						Papa Fransiskin adı metro stansiyasına veriləcək
Əlavə olunub: 04.23.2025 | 06:21 | Baxılıb: 2648
Argentinanın paytaxtı Buenos-Ayresin rəhbərliyi yerli qanunvericilik məclisinə metrostansiyaya Roma Papası Fransiskin adının verilməsini təklif edib.

“sirin.az” xəbər verir ki, bu barədə Buenos-Ayresin meri Xorxe Makri “X” hesabında paylaşım edib.

“Mən Qanunvericilik Assambleyasına D xəttindəki metro stansiyasının adının Papa Fransisk adlandırılmasına dair qanun layihəsi təqdim etmişəm”, - deyə o yazıb.

Sözügedən metro stansiyası Fransiskin 2013-cü ilin martında Papa seçilməzdən əvvəl xidmət etdiyi Buenos-Ayres Katedralının yanında yerləşir.

Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. O, aprelin 26-da dəfn olunacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.