“sirin.az” Modern.az-a istinadən xəbər verir ki, Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete də dəfn mərasimində iştirak edəcək.
Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev məlumatı təsdiqləyib.
Qeyd edək ki, Azərbaycanı dəfn mərasimində Milli Məclisin sədri Sahibə Qafarova təmsil edəcək. Spikerin başçılığı ilə parlament nümayəndə heyəti dəfn mərasimində iştirak etmək üçün bu gün İtaliyanın Roma şəhərinə səfər edəcək.