Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Parlament Kamran Əliyevin yenidən təyin edilməsinə razılıq verdi
 
						Parlament Kamran Əliyevin yenidən təyin edilməsinə razılıq verdi
Əlavə olunub: 05.01.2025 | 11:09 | Baxılıb: 7745
Kamran Əliyev yenidən baş prokuror təyin edilir.

“sirin.az” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələdə öz əksini tapıb. 

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Məlumat üçün bildirək ki, Konstitusiyaya əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis baş prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

Qeyd edək ki, “Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının baş prokurorunun səlahiyyət müddəti beş ildir. Kamran Əliyev 1 may 2020-ci ildən baş prokuror vəzifəsini icra edir.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.