“sirin.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu gün qanunverici orqanda “sarı” təhlükəsizlik səviyyəsi tətbiq edilir.
Belə ki, bu gün parlamentin spikeri Şalva Papuaşvili illik hesabatla çıxış edəcək. O, plenar iclas zamanı cari il ərzində görülən işlərdən danışacaq və gələn il üçün fəaliyyət planını təqdim edəcək.
Bununla əlaqədar olaraq, deputat və əməkdaşların təhlükəsizliyini təmin etmək üçün binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyətlər yalnız telekanalların akkreditasiyadan keçmiş jurnalistlərinə şamil edilməyəcək.