Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Paşinyan Anna ilə niyə evlənmədiyini açıqladı
 
						Paşinyan Anna ilə niyə evlənmədiyini açıqladı
Əlavə olunub: 07.24.2025 | 03:40 | Baxılıb: 10359
“1990-cı illərdə müxalif siyasətlə məşğul olduğum üçün bilirdim ki, məni həbs edəcəklər, mühakimə edəcəklər və əmlakım müsadirə olunacaq”. 

“sirin.az” “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, bu səbəbdən həyat yoldaşı Anna Akopyanla rəsmi nikaha daxil olmayıb:

“Mən yalnız bir səbəbdən evlənməmişəm – ailəmi qorumaq üçün. Aldığımız ev Annanın adına rəsmiləşdirilib, baxmayaraq ki, onu birlikdə almışıq. Mənə nə edəcəklərini başa düşürdüm. Və ən azı övladlarımın yaşayacağı yerin olmasını istəyirdim. Evlənməməyimizin başqa səbəbi yoxdur”.

Xatırladaq ki, Paşinyan ötən il Anna ilə rəsmi olaraq evli olmadığını açıqlamışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.