Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Paşinyan Makronla sülh prosesini müzakirə edib
 
						Paşinyan Makronla sülh prosesini müzakirə edib
Əlavə olunub: 02.10.2025 | 22:51 | Baxılıb: 1466
Ermənistanın Baş naziri Nikol Paşinyan Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

“sirin.az” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Makron Ermənistan və Fransa arasında çoxsahəli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və Fransanın Ermənistanın inkişafı və sabitliyinə dəstəyini bir daha təsdiqləyib.

Paşinyan qeyd edib ki, 2024-cü il Ermənistan və Fransa arasında münasibətlərdə son dərəcə dinamik il olub. Onun sözlərinə görə, iki ölkənin rəhbərləri və müvafiq idarələr səviyyəsində çoxlu görüşlər keçirilib, müntəzəm təmaslar davam etdirilir və hazırda Ermənistanla Fransa arasında münasibətlər yeni səviyyəyə yüksəlib.

Onlar iqtisadiyyat, infrastruktur, yol tikintisi, enerji, təhsil və turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

Tərəflər həmçinin Ermənistan və Azərbaycan arasında sülh prosesinə, sərhədlərin demarkasiyası prosesinin inkişafı və “Sülhün kəsişməsi” layihəsi çərçivəsində regional kommunikasiyaların blokunun açılmasına toxunublar. Paşinyan Ermənistan hökumətinin sülh gündəminə sadiqliyini vurğulayıb. Regional əhəmiyyət kəsb edən bir sıra digər məsələlər də müzakirə olunub.

Qeyd edək ki, Paşinyan Parisdə iki günlük işgüzar səfərdədir və burada süni intellektlə bağlı sammitdə iştirak edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.