Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Paşinyana nə olub?
 
						Paşinyana nə olub?
Əlavə olunub: 04.08.2025 | 14:44 | Baxılıb: 5232
Ermənistan mediasında ölkənin Baş naziri Nikol Paşinyanın səhhətinin pisləşməsi və ötən həftə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılıb.

“sirin.az” Ermənistanın “Hraparak” qəzetinə istinadən xəbər verir ki, hökumət sözügedən məlumatlara münasibət bildirib.

Qeyd olunub ki, Paşinyan mütəmadi olaraq müayinələrdən keçir və ötən həftə də məhz bu cür müayinədən keçib. 

Bununla belə, “Nairi” tibb mərkəzi qəzetə açıqlamasında bildirib ki, ölkənin Baş naziri son aylar həftədə iki dəfə klinikaya gəlir və reabilitasiya prosedurlarından keçir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.